FACİƏLƏRİN DÜNYA İCTİMAİYYƏTİNƏ ÇATDIRILMASI ÜÇÜN TƏBLİĞAT İŞİ GENİŞLƏNDİRİLMƏLİDİR
Bakı, 31 mart (AZƏRTAC). Daxili İşlər Nazırliyinin Polis Akademiyasında 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar keçirilən tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan xalqına qarşı törədilmiş qətliamlar pislənilmişdir. Bildirilmişdir ki, erməni millətçilərinin vəhşilikləri heç vaxt unudulmayacaqdır. Erməni faşizmi təcavüzkar sifətini 70 il sonra Qarabağda da həyata keçirilmişdir. Tarixdə baş vermiş ağır və faciəli hadisələrin səbəbləri mütəmadi izah edilməli, təqsirkar şəxslər və xalqımıza düşmən mövqe tutanlar ifşa olunmalı, qətliyamların dünya ictimaiyyətinə çatdırılması üçün təbliğat işi genişləndirilməlidir.
Müdavimlərə 1918-ci il mart-aprel hadisələri, erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlər barədə məlumat verilmiş, ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci il martın 26-da imzalanmış Fərmanın əhəmiyyətindən danışılmışdır. Divar qəzetlərində dərc olunmuş yazılarda Fərmanda tarixi həqiqətlərin açıqlanması, onların hərtərəfli tədqiq və təbliği xüsusilə qeyd edilmişdir.
Sonda “Qarabağ çağırır bizi” ədəbi-bədii kompozisiya göstərilmiş, soyqırımı ilə bağlı sənədli film nümayiş olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]