“Fənərbağca” meydanda doqquz nəfər qalan “Fateh Karagümrük” klubu ilə bacarmayıb
Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 22-də futbol üzrə Türkiyə çempionatının XVIII turu çərçivəsində keçirilən qarşılaşmada “Fatih Karagümrük" doğma meydanda “Fənərbağça”nı qəbul edib.
AZƏRTAC xəbər verir ki, gərgin keçən görüşdə hesabı 31-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Aleksandar Pesic açıb. Matçın 39-cu dəqiqəsində “Fatih Karagümrük”ün iki futbolçusu cərimə meydançasında etdiyi kobudluğa görə meydandan qovulublar. “Fənərbağca”nın yarımmüdafiəçisi Mesut Özül onbirmetrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.
Oyun elə bu hesabla bitib - 1:1.
Günün digər matçlarında “Qaziantep” öz meydanında “Alanyaspor”u 2:1 hesabı ilə üstələyib. “Konyaspor” səfərdə “Hatayspor”u 3:1 hesabı ilə məğlub edib. “Sivasspor”-“Rizəspor”a görüşündə isə qalib müəyyənləşməyib - 1:1.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 45 xalla “Trabzonspor” başçılıq edir. Ondan 9 xal geri qalan “Konyaspor” ikinci, sonuncudan dörd xal geri qalan “Başakşəhər” isə üçüncü pillələrdə qərarlaşıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]