Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fermerlərə tövsiyə: Qoyunlar yaylaq, otlaq və otlaq-pəyə şəraitində necə saxlanılmalıdır?

Bakı, 10 iyul, AZƏRTAC

Digər heyvanlara nisbətən qoyunlar yaylaqlarda olan otlaqlardan daha səmərəli istifadə edir. Ölkəmizin, xüsusən cənub və aran rayonlarında qoyunlar bütün ili otlaq (yaylaq və qışlaq) şəraitində saxlanılır. Qoyunlar otlaq şəraitində ucuz və qiymətli yem ala bilirlər. Yaxşı otlaq şəraitində qoyunların məhsuldarlığı və çoxalma qabiliyyəti artır, onlar xəstəliklərə davamlı olurlar.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qoyunlar üçün quru, tozu olmayan, müxtəlif alçaq boylu bitkiləri olan sahələr, çəmənlik, meşə-düzənlik və düzənlik otlaqlar ayrılmalıdır. Qoyunlar dağ və yaylaq otlaqlarından daha yaxşı istifadə edir. Pis otlaqlarda qoyunlar doyunca yem ala bilmir, əlavə yemə ehtiyac artır, qoyunların məhsuldarlığı isə aşağı düşür. Qoyunlar üçün rütubətli, dəniz səviyyəsindən aşağı bataqlıq olan otlaqlar əlverişli sayılmır. Belə otlaqlarda qoyunlar arasında invazion və dırnaq xəstəlikləri daha çox müşahidə edilir. Eləcə də qoyunlar üçün kollu, tikanlı və qaba bitkilər, habelə tikanlı toxumu olan yapışqanlı (qatıqotu, aqot və s.) otlaq sahələri əlverişli hesab edilmir. Belə otlaqlar qoyunun yununu çirkləndirir, habelə müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur.

Fermerlər təbii otlaqların yaxşılaşdırılması haqqında müvafiq tədbirlər həyata keçirməlidirlər. Bunun üçün otlaq sahələrini suvarmaq, zəhərli bitkilərdən təmizləmək, bataqlıqları qurutmaq, kiçik çeyillikləri və gölməçələri hasarlamaq, habelə otlaqda məhsuldarlığı artırmaq üçün tədbirlər görməlidirlər.

Yaylaq və otlaq şəraitində qoyunları su ilə təmin etmək üçün su mənbələri qaydaya salınmalı və suvarma məntəqələri düzəldilməlidir. Suvarma məntəqəsi ilə otlaqlar arasında 2-3 km-dən artıq məsafə olmamalıdır. Qoyunların suvarılması üçün səyyar su təknəsindən istifadə edilməlidir. Otlaq şəraitində su təchizatı və suvarmaya qoyulan gigiyenik qaydalar gözlənilməlidir. Qoyunların gecələməsi və gündüzlər istirahət etməsi üçün otlaqlarda yataqlar düzəldilir. Bu yataqlar hərəkətedici arakəsmələrlə (tirlər) kiçik hissələrə bölünür. Burada xəstə qoyunlar seçilib ayrı bölmədə saxlanır.

Yataqlar və ya bazalar köçürülə bilən yüngül yem və su qabları ilə, habelə bəzi avadanlıqlarla (bel, vedrə, zibil yeşiyi, arakəsmələr) təmin edilməlidir. Yataqlarda və ya duzlaqlarda qoyunlar üçün daş duz qoyulmalıdır. Eləcə də heyvanların yataq yerləri hər gün mexaniki təmizlənərək, heç olmasa, iki həftədən bir həmin yerlər dezinfeksiya edilməli və baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmalıdır.

Otlaq şəraitində qoyun sürüsü aşağıdakı sayda təşkil edilir: 1) quzulu qoyunlar 700-1500 baş; 2) süddən ayrılmış quzular 1000-1500 baş; 3) kökəldilən quzular 2000 başa qədər olmalıdır.

Xatırladaq ki, qoyunlar otlaq şəraitinə tədricən keçirilməli və müəyyən hazırlıq işləri görülməlidir.

Qoyunların otarılmasında küzlə otarma sistemi tətbiq edilməlidir. Otlaq şəraitində görüləsi işlər işçilər arasında bölünməli və bu işlərin vaxtında yerinə yetirilməsinə ciddi nəzarət edilməlidir. Otlaqda yem çatışmadıqda qoyunların otlaq-pəyə və ya otlaq-düşərgə şəraitində saxlanma sistemi təşkil edilir. Belə şəraitdə qoyunlara biçilmiş göy ot, qarğıdalı silosu, şəkər çuğunduru verilir. Ot və taxıl biçildikdən sonra həmin yerdə qoyunlar otarılır. Qoyunları fasiləsiz olaraq yaşıl yem kütləsi ilə təmin etmək üçün yaşıl konveyer sistemi də tətbiq edilir.

Quzulu qoyunlar şirəli bitkilərlə zəngin olan otlaqlarda otarılır. Belə otlaqlarda qoyunların südü artır. Bu da quzuların südlə yaxşı təmin edilməsinə səbəb olur. Qoyunlar geniş sahələrdə bərabər otarılmalıdır. Bunun üçün çobanın biri sürünün qabağında, digəri isə arxada durmalıdır. Bu qayda ilə otarmada qoyunların çox irəli qaçmasına və geri qalmasına yol verilmir. Qoyunlarda köpmə xəstəliyinin qarşısını almaq üçün (yazda və payızda) onlar səhər tezdən ot üzərindən şeh çəkildikdən sonra otlağa aparılmalıdır, çünki qoyunlar şehli ot yedikdə onlarda köpmə əmələ gəlir. İsti havalarda qoyunları səhər tezdən otlağa aparmaq lazımdır. Qoyunları istivurmadan və hipertermiyadan qorumaq üçün yayın isti və bürkülü günlərində otlağa aparılmamalıdır. Belə vaxtlarda qoyunlar kölgəli, mehəsən, külək tutan, ağac və qaya kölgəsi olan yerlərdə saxlanmalıdır. Heyvanlar yay dövründə həm yaylaq, həm də otlaq-pəyə şəraitində saat 11-17 arasında kölgəli sahələrdə saxlanılmalı və təmiz bol su ilə təmin edilməlidir.

Ölkəmizin aran rayonlarında (isti günlərdə) qoyunların gecə otarılması təşkil edilməlidir. İsti yay günlərində (səhərlər) qoyunlar otlaq sahələrinə külək əsən istiqamətdə aparılmalıdır, çünki belə halda konvensiya yolu ilə istilikburaxma artır. İsti havalarda qoyunların topa halında yığılmasına yol verilməməlidir, çünki onların yan-yana sıx durması istivurmaya səbəb olur. Yayda günəş şüalarının qoyunun gözünə və başına düşməsinin qarşısını almaq üçün otarılma elə təşkil edilməlidir ki, günəşin şüaları onların üstünə arxadan, ya da yandan düşsün. Belə ki, çobanlar günəş şüalarının düşmə və küləyin əsmə istiqamətini müəyyən etməlidirlər. İsti havalarda qoyunlar sərin yerlərdə dincəlməli, sonra isə suvarılmalıdır. Belə halda qoyunlar həvəslə otlayırlar. Eləcə də qoyunlar vaxtaşırı baytarlıq müayinəsindən keçirilməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik