İQTİSADİYYAT
Fevral ayında Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 522 vətəndaş müraciət edib
Bakı, 6 mart, AZƏRTAC
Cari ilin fevral ayında istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) bilavasitə və Energetika Nazirliyindən 522 müraciət daxil olub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, elektrik enerjisi təchizatı ilə bağlı 45-i məlumat xarakterli olmaqla, 432 müraciət edilib. Təbii qaz təchizatı ilə bağlı 6-sı məlumat xarakterli olmaqla, 75 müraciət ünvanlanıb. İstilik təchizatı ilə bağlı 1-i məlumat üçün olmaqla, 6 müraciət edilib. Digər məsələlərlə bağlı isə 1-i məlumat üçün olmaqla, 9 müraciət göndərilib.
Müraciətlərdən 189-u agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (2 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 280 müraciət hazırda baxılma prosesindədir., 53 məlumat xarakterli müraciətdən 24-ü qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.