CƏMİYYƏT
Fevralın 10-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam saatlarında bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3-6° isti, gündüz 7-12° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütununu təşkil edəcək, nisbi rütubət gecə 90-95, gündüz 70-75 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8°, bəzi yerlərdə 10°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 1-5° isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 0-4° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 2-6° isti, gündüz 7-12°, bəzi yerlərdə 15°-dək isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 5-8° isti, gündüz 8-13°, bəzi yerlərdə 15°-dək isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.