Fevralın 13-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 3-5° isti, gündüz 5-8° isti olacaqdır.
Bakıda gecə 3-5° isti, gündüz 5-7° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcəkdir.
Temperaturun gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
sulu qar, qar yağacağı gözlənilir. Axşama doğru tədricən kəsiləcəkdir.
Temperatur gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
yağış, dağlıq ərazilərdə sulu qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperaturun gecə 0-4° isti, gündüz 5-10° isti 1 olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti, dağlarda gecə 3-7° şaxta, yüksək dağlıq ərazilərdə 7-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
yağış yağacağı gözlənilir. Axşama doğru tədricən kəsiləcəkdir.
Temperatur gecə 1-6° isti, gündüz 6-11° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 4-7° isti, gündüz 7-11° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti olacağı gözlənilir.