Fevralın 17-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 3-5° isti, gündüz 6-10° isti olacaqdır.
Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 762 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir.
Temperaturun gecə 0-5° isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ,İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 3-7° şaxta, yüksək dağlıq ərazilərdə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
gündüzdən başlayaraq yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 1-6° isti, gündüz 6-10°, bəzi yerlərdə 13°-dək isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 4-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-4° isti,gündüz 4-7° isti olacağı gözlənilir.