Fevralın 7-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraiti üstünlük təşkil edəcək, günün birinci yarısında yarımadanın bəzi yerlərində duman olacağı, günün ikinci yarısında isə qısamüddətli çiskinli az yağış yağacağı gözlənilir.
Temperaturun gecə 3-6° isti, gündüz 7-11° isti, Bakıda gecə 4-6° isti, gündüz 9-11° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 767 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın bəzi yerlərdə yağıntılı olacağı, az qar yağacağı gözlənilir.
Temperaturun gecə 2-7° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
havanın yağıntılı olacağı, bəzi yerlərdə zəif sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüz isə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz,
Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran,
Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
havanın yağıntılı olacağı, bəzi yerlərdə zəif sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperaturun gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay,
Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
havanın bəzi yerlərdə dumanlı, çiskinli olacağı gözlənilir.
Temperaturun gecə 0-5° isti, gündüz 11-16° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperaturu gecə 3-5° isti, gündüz 10-14° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacağı gözlənilir.