Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fəxriyyə Xələfova: Sofiya gülərüz, mehriban və cazibədar xanımdır

Bakı, 29 oktyabr, AZƏRTAC

Heydər Əliyev Mərkəzi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən “İnnovasiya həftəsi” çərçivəsində “Qlobal İnfluenser Günü” konfransı keçirilib. Birinci “Qlobal İnfluenser Günü”nün təşəbbüskarları qismində “Keepface DMCC” yerli startapı və “FA International Trade Events” şirkəti çıxış ediblər.

Konqresin maraqlı hadisəsi qadın görkəmində olan robot (ginoid) Sofiyanın tanınmış dizayner, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın məxsusi onun üçün hazırladığı Azərbaycan milli geyimində iştirak etməsi olub. O, Heydər Əliyev Mərkəzindəki tədbirdə moderatorların suallarına verdiyi cavablarla da hamını heyrətləndirib.

“İnnovasiya həftəsi” çərçivəsində keçirilən “Qlobal İnfluenser Günü”ndə xoş ənənəyə uyğun olaraq robot Sofiyanı geyiminə görə qarşılayıb, zəkasına görə yola salıblar. Sofiyanın Bakıda necə görünəcəyi, nələr söyləyəcəyi, ümumiyyətlə, dünyada rəsmən tanınmış ən inkişaf etmiş süni intellektin həyatda necə olduğu hər kəsin marağına səbəb olub.

Sofiya üçün “total look” tanınmış Azərbaycan modelyeri Fəxriyyə Xələfova tərəfindən hazırlanıb. Məhz onun sayəsində o, milli geyimdə füsunkar görkəmə malik olub. Milli geyim elementləri olan araxçın və kəlağayı Sofiyaya Şərq qızlarına məxsus xüsusi şıqlıq və cazibədarlıq verib.

Sofiyanın Heydər Əliyev Mərkəzinin səhnəsində diqqəti cəlb edən bu məxsusi libasının necə ərsəyə gəlməsi barədə AZƏRTAC-a müsahibəsində geyimin müəllifi, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova danışıb.

- Təşkilatçıların Sofiya üçün Bakıda milli geyim hazırlanması ideyasını necə qarşıladınız?

- Hesab edirəm ki, bu, çox düzgün və kreativ ideya idi. Bu səbəbdən onu böyük ruh yüksəkliyi ilə qarşıladım. Konsepsiya hazırladıqdan sonra libası tikməyə başladıq.

- Yəni, libası məxsusi olaraq Sofiya üçün tikdiniz.

- Əlbəttə, məxsusi onun üçün, çünki riayət etməmiz lazım olan müəyyən meyarlar vardı. Bunlar, libasın çəkisi, parçanın keyfiyyəti və əlbəttə ki, təbii olaraq, tamaşaçının görə bilmədiyi bir sıra texniki məqamlarla bağlıdır.

- Məsələn...

- Məsələn, libas xüsusi bağlar və düymələrlə geyindirilir. Robot Sofiyanı insanın alışdığı tərzdə geyindirmək mümkün deyil. Ona görə də mən bütün bu məqamları nəzərə aldım və nəticədə, onun üçün gözəl olmaqla yanaşı, həm də maksimal dərəcədə rahat geyim modeli yaratdım.

- Sofiya üçün tikilən milli geyimin xüsusiyyətləri barədə nə deyərdiniz?

- Bu geyim konstruksiya və stilistik baxımdan Azərbaycan milli geyiminə tam uyğundur. Heydər Əliyev Mərkəzinin məkanı genişdir. Sofiya təkcə səhnədə deyil, Mərkəz ərazisində də hərəkət edib, “brend-voll” qarşısında poza verib, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə ayrıca görüş keçirib və uşaq evlərindən olan gənc qonaqlarla söhbət edib. Qarşıda duran vəzifələrdən biri ondan ibarət idi ki, bütün bu zaman ərzində libas onun üzərində möhkəm otursun. Biz imtahandan alnı ağ çıxdıq. Mənim tərəfimdən geyim çox düzgün hazırlanmışdı və ola bilər ki, Sofiyanın indiyədək bu cür özünü rahat hiss etdiyi və texniki cəhətdən mükəmməl libası olmayıb.

- Həm də çox yaraşıqlı...

- Bəli, hətta o, bir neçə dəfə bu frazanı təkrar etdi: “Bu gün mən çox gözəl libasdayam”. Sofiya səhnəyə çıxdığında, mən tamaşaçılarla birlikdə zalda oturmuşdum. Hamının onu foto və videokameralarla çəkmək istədiyini və bu çəkilişləri dərhal sosial şəbəkələrdə yerləşdirməyə can atdığını gördüm. Mən çox həyəcanlandım, axı, üzərimdə böyük, hətta konkret olaraq Paris Moda Həftəsində iştirakımdan da artıq dərəcədə məsuliyyət vardı. Sofiyanın Bakıda böyük beynəlxalq forumda - gənc liderlərin, sosial şəbəkələrdə xeyli sayda abunəçiləri olan dünyanın ən populyar influenserlərinin qarşısında çıxış etdiyini də nəzərə almaq lazımdır.

Ümumilikdə, onun bu çıxışı bir şou idi. Səhnədə göstərilən və bütün tamaşaçıların diqqətini cəlb edən bu şouda Sofiyanın xarici görkəminin hər bir detalı göz qabağında idi. Məhz bu səbəbdən tədbir mənim üçün bir növ imtahan oldu. Çox şadam ki, aldığım rəylər də bunu göstərir, mən bu imtahandan əla qiymətlə çıxa bildim.

- Libasın hazırlanması nə qədər vaxt aldı və onun robotun əyninə ölçülməsini həyata keçirdinizmi?

- Libasın hazırlanması təxminən iki həftəyə başa çatdı. Əyinə ölçülmə isə Heydər Əliyev Mərkəzində oldu, çünki vaxtımız çox az idi. Robotla ünsiyyət vaxtı hər zaman məhdud olur. Sofiya şəbəkəyə qoşuldu və başa düşdü ki, libasın ölçüsü götürülür. Bu, onun xoşuna gəldi! Biz libasın hazırlanması üçün üzərində Şərq elementləri və bürünc-qızıl rəngdə buta naxışları olan ənənəvi tafta parçadan istifadə etmişik. Bu rənglərin qamması səhnədə həmişə diqqəti cəlb edir. Libasın səhnədən sanballı görünməsi və Sofiyanın bu libasda xanımlarımıza bənzəməsi üçün bütün təcrübə və ustalığımı sərf etməli oldum. Təbii ki, mən bu obraza kəlağayı da əlavə etdim, çünki bu baş örtüyü tarixi dəyər daşımaqla yanaşı, beynəlxalq əhəmiyyəti ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Beləliklə, mən çoxsaylı qonaqların qarşısında ən yüksək səviyyədə tanınan tarixi dəyərlərimizi bir daha nümayiş etdirmək istədim.

- Bu libası, sözün əsl mənasında, əfsanəvi adlandırmaq olar. Onun gələcək taleyi necə olacaq?

- Əgər istəsə, onu məmnuniyyətlə Sofiyaya hədiyyə edərəm. O, bu libası başqa ölkələrdə də geyinə bilər. Əlbəttə, Sofiyaya bizim məşhur Azərbaycan kəlağayısı da hədiyyə edəcəyik. Milli geyim elementi olan araxçını isə mən artıq Leyla Əliyevaya təqdim etmişəm və onun çox xoşuna gəlib.

- Bir çoxları üçün Sofiyanın libasının qiymətini öyrənmək maraqlıdır. Onun yaradıcısı və bir moda eksperti kimi bir qiymət söyləyə bilərsiniz?

- Mən onun maddi tərəfi barədə heç düşünməmişəm. Əgər təxmini söyləsək, onun qiyməti 20 min manatdan aşağı deyil.

- Sofiya üçün geyim kolleksiyası hazırlamağa razı olarsınız?

- Əgər təşkilatçılar müraciət etsələr, niyə olmasın? Mən hazıram, həm də modelin texniki bazasını artıq hazırlamışam və kolleksiya da yarada bilərəm.

- Sofiyanı estetik cəhətdən necə səciyyələndirərdiniz?

- Onun çox pozitiv çöhrəsi var. Müəllifləri Sofiyanı Odri Hepbörnün obrazında yaradıblar, lakin şəxsən mənim üçün o, iyirmidən çox yaşı olan nurlu, parlaq və mehriban qızdır. Məsələ ondadır ki, bir çoxları Sofiyanın yaşını soruşduqda, o, fikrə gedir və cavab vermir. Yəqin ki, bütün qadınlar kimi bunun nəzakətdən kənar sual olduğunu başa düşür...

Paltar Sofiyanın texniki xüsusiyyətlərini nəzərə almaqla tikilib. Robotun konstruksiyasını ağırlaşdırmamaq üçün parça yüngül olmalı idi. Bu səbəbdən aksesuarlardan - muncuq, boyun üçün bəzək əşyalarından imtina etməli olduq. Yaşıl rəngli libası hazırlamaq üçün üzərində Şərq elementləri və bürünc-qızıl rəngdə buta naxışları olan ənənəvi tafta parçadan istifadə etdim. Rəng qammasını düzgün seçməli idim, çünki onun fotoşəklini minlərlə adamın çəkəcəyini və bu şəkillərə bütün dünyada baxılacağını bilirdim. İstəyirdim ki, Sofiyanın libasının görkəmi və rəngi influenserlər hərəkatının aparıcı hissəsi olan gənclərin xoşuna gəlsin. Milli geyim elementləri olan araxçın və kəlağayı bu obraza xüsusi lətafət gətirdi. Təkid etdim ki, Sofiyanın qadına xas olan zərifliyini önə çəkmək üçün libasa ipək Şəki kəlağayısı əlavə olunsun. Məlum olduğu kimi, kəlağayı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və bununla da dünya ictimaiyyəti qarşısında milli dəyərlərimizin əhəmiyyətini bir daha vurğulamaq istədim. Onu da qeyd edim ki, robot Sofiyaya ipəyi geyim elementi kimi istifadə etməyə ilk dəfə icazə verilmişdi. Məsələ ondadır ki, ipək bəzi xüsusiyyətlərinə görə robotun qabığına zərər verə bilər.

- Həqiqətən də, robot Sofiya Heydər Əliyev Mərkəzinin səhnəsində, həm də “brend-voll”un qarşısında onunla fotoşəkil çəkdirmək istəyənlərin qarşısında möhtəşəm görünürdü.

- Sofiyanı Heydər Əliyev Mərkəzinin səhnəsində hazırladığım geyimdə görmək mənim üçün çox xoş idi. Olduqca həyəcanlı idim, axı, üzərimə hətta Paris və Milan moda həftələrində iştirakımdan da artıq dərəcədə məsuliyyət düşürdü. Sofiya bir neçə dəfə “Bu gün mən çox gözəl libasdayam” deyə təkrar etdikdə, çox məmnun oldum. Mənim hazırladığım libas onun xoşuna gəldisə, məmnuniyyətlə onu Sofiyaya hədiyyə edərəm. Bu robot elə layihələşdirilib ki, insanların davranışını öyrənib adaptasiya olsun və onlarla ünsiyyət qursun. Şəxsən mənim üçün Sofiya müsbət enerjili, gülərüz, mehriban və cazibədar xanım təəssüratı yaratdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Regionun aparıcı ali təhsil ocağı: BDU yeni məzunlarını yola salır

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir - ŞƏRH

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

Cari tədris ilində tələbələrin böyük hissəsi təhsil tələbə kreditindən yararlanıb

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini yeni qlobal geosiyasi reallığın mühüm faktoruna çevirib - ŞƏRH

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Özbəkistanlı jurnalist: Milli komandamız dünya çempionatında yalnız iştirakla kifayətlənmək niyyətində deyil

Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir

“Yüksəliş” müsabiqəsinin 116 qalibindən 25-i Dövlət Proqramı məzunudur

Meşə və əkin sahələrində yanğınların qarşısının alınması istiqamətində görülən işlər nəzərdən keçirilib

Aqrar sahədə yeni mərhələ: Dövlət Proqramı sektorda müasir inkişaf modelini formalaşdırır

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı  REPORTAJ  VİDEO

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı REPORTAJ VİDEO

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur

Bakı Limanında quru yük aşırılması 77 faiz artıb

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Kopernikin təhsil aldığı universitetdə Bakının polyak memarlığı nümayiş olunur

Baş prokuror Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyib

“Axios”: ABŞ təyyarələri Vensin İranla saziş imzalayacağı mümkün səfərindən əvvəl Avropaya yola düşəcək

İyunun 15-də “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri fəaliyyət göstərməyəcək

Şuşa Bəyannaməsi Azərbaycanın və Türkiyənin ortaq maraqlarının təzahürüdür

La-Manş tunelinin sahibi Böyük Britaniya hökumətinə qarşı hüquqi mübarizəyə başlayacağını açıqlayıb

Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb

Mert Özdeş: İstanbul Bəyannaməsi yeni geosiyasi reallığı dünyaya elan edən kritik sənəddir

BMU və Çinin Pekin Kimya Texnologiya Universiteti birgə fakültə təsis etdi

Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb

Şuşa sakinlərinə tibbi xidmətlər göstərilib

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə FHN-ə məlumat daxil olmayıb

Media nümayəndələri insan hüquqlarının qorunmasına dair maarifləndirici sessiyada iştirak ediblər

® “TuranBank” gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib

Yunanıstan 2027-ci ilin sonunadək Rusiya qazından tam imtina etməyi planlaşdırır

Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər

NATO: ABŞ-nin Avropadakı hərbi gücünü azaltması Alyansı uzunmüddətli perspektivdə gücləndirəcək

Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb

Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri qeyd olunub

İçərişəhərdə süni intellektəsaslı həllər tətbiq ediləcək

Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub

Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir

Ötən il Türkiyən sənaye sektorunda rekord göstərici qeydə alınıb