FHN: Dənizdə batdığı ehtimal olunan üç nəfərin axtarışları davam etdirilir
Bakı, 24 iyul, AZƏRTAC
İyulun 6-da Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsində, iyulun 15-də Mərdəkan qəsəbəsində və iyulun 16-da Sabunçu rayonu, Bilgəh qəsəbəsindəki "Daçnik" adlanan nəzarətsiz çimərlik ərazisində dənizdə batdığı ehtimal edilən üç nəfərin axtarışları davam etdirilir.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, axtarışlar 2007-ci il təvəllüdlü Zeynəb Məmmədzadənin, 2004-cü il təvəllüdlü Elgün Qarayevin və 2003-cü il təvəllüdlü Rəhman Əmirovun batdığı ehtimal olunan istiqamətlər üzrə aparılır.
Hazırda axtarış-xilasetmə tədbirləri Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən fasiləsiz davam etdirilir.
Əlavə məlumat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:03]
Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir
- 05.10.2026 [17:54]
Kürdəmirdə narkotik vasitələrin fəsadlarından danışılıb
- 05.10.2026 [17:05]