Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN-İN İNZİBATİ BİNASININ AÇILIŞI OLMUŞDUR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR

FHN-İN İNZİBATİ BİNASININ AÇILIŞI OLMUŞDUR  AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR

AZƏRTAC xəbər verir ki, noyabrın 12-də Fövqəladə Hallar Nazirliyinin yeni istifadəyə verilmiş inzibati binasının açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı inzibati binanın foyesində ümummilli lider Heydər Əliyevin büstünə baxdı, ulu öndərin müxtəlif illərdə baş vermiş fövqəladə hallar zamanı fəaliyyətini əks etdirən fotostendlə, nazirliyin əməkdaşlarına xidmət göstərəcək və müasir avadanlıqla təchiz olunmuş tibb məntəqəsi ilə tanış oldu.

Sonra Prezident İlham Əliyev nazirliyin Böhran Vəziyyətində İdarəetmə Mərkəzinin işi ilə yaxından tanış olmaq üçün “Əməliyyat otağı”na gəldi. Dövlətimizin başçısına məlumat verildi ki, “Əməliyyat otağı” 24 saat ərzində “112 zəng mərkəzi”ndən, hüquq mühafizə orqanlarının əməliyyat növbətçilərindən, müxtəlif orqanların növbətçi-dispetçer xidmətlərindən fövqəladə hadisələrlə bağlı məlumatları qəbul edir. Hadisə yerinə ən yaxın qüvvə və vasitələr müəyyən edildikdən sonra onların hadisə rayonuna göndərilməsi təmin olunur. Nazirliyin qəza-xilasetmə birləşmələrinin qüvvə və vasitələrinin mərkəzləşdirilmiş qaydada idarə edilməsi də buradan həyata keçirilir. “Əməliyyat otağı”nda gün ərzində 7 zabit növbədə olur. Əməliyyat növbətçiləri mərkəzə daxil olan məlumatların qəbulu və mərkəzdən verilən göstərişlərin müvafiq olaraq çatdırılması, habelə fövqəladə hadisə barədə rəhbər şəxslərin və qurumların məlumatlandırılmasını təmin edirlər.

Dövlətimizin başçısı elektron xəritə ilə də tanış oldu. Xəritədə Azərbaycanın bütün yaşayış məntəqələri, avtomobil yolları, su anbarları, çaylar, kanallar, bir sözlə, bütün strateji obyektlər yerləşdirilmişdir. Bu xəritədə regional mərkəzlərin ərazisindəki qüvvə və vasitələrin, həmin regionda olan məktəb, xəstəxana binalarının yerlərini və sayını da müəyyən etmək mümkündür.

Burada həm də ilk dəfə olaraq, yanğın-xəbərdarlıq sisteminin siqnallarının qəbuluna da başlanılmışdır.

Bu sistem ABŞ-ın “AES-İntelliNet” şirkətinin məhsuludur və dünyada “Meş” texnologiyaya əsaslanan yeganə təhlükəsizlik sistemidir. Sistemin proqram təminatı isə yerli mütəxəssislər tərəfindən işlənilmişdir. Sistem yanğın haqqında məlumatı mərkəzə ötürən kimi həyəcan siqnalı ilə yanaşı, həmin obyekt barədə məlumatlar ekrana daxil olur.

Prezidentə məlumat verildi ki, Mərkəzin yaradılmasında dünyanın ən qabaqcıl təcrübəsi geniş şəkildə öyrənilib, mükəmməl və müasir texnologiyalara əsaslanan bu sistem yaradılıbdır.

Elektron xəritə əsasında sistemlə tanışlıqdan sonra dövlət başçısı binanın 12-ci mərtəbəsində yerləşən “Böhran vəziyyətlərində idarəetmə zalı”na gəldi. Bu zal irimiqyaslı təbii və texnogen fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılmasına cəlb edilən qüvvələrin səmərəli idarə olunması üçün nəzərdə tutulmuşdur. Böhran vəziyyətlərində idarəetmə zamanı birgə fəaliyyət üçün nazirliyin qurum rəhbərləri və digər dövlət qurumlarının nümayəndələri üçün 16 iş yeri yaradılmışdır. Hadisə rayonunun interaktiv və vizual görüntülərini izləmək məqsədi ilə zalda 5,3 metr diaqonallı ekran quraşdırılmışdır. Bakı şəhəri ərazisində hər hansı bir hadisənin operativ görüntülərini izləmək məqsədi ilə müxtəlif yerlərdə xüsusi kameraların quraşdırılması nəzərdə tutulur. İndiyədək səkkiz kamera quraşdırılmışdır. Böyük Britaniyanın “İndiqovijin” şirkətinin istehsalı olan kameralar hər hansı obyekti 36 dəfə optik, 12 dəfə isə rəqəmsal yaxınlaşdırmaq və 360 dərəcə üfüqi, 90 dərəcə isə şaquli dönmək xüsusiyyətlərinə malikdir.

Zaldan birbaşa nazirliyin tabeliyində olan bir neçə qurumlar ilə “video-konfrans” əlaqəsi yaradıldı. Yasamal rayonu ərazisində tikintisi yarımçıq qalmış çoxmərtəbəli binada “şərti partlayış” nəticəsində baş vermiş yanğın zamanı nazirliyin müvafiq xilasetmə qurumlarının həyata keçirdikləri taktiki təlim birbaşa nümayiş etdirildi. Dövlət Yanğından Mühafizə Xidmətinin və digər qurumların hissələri müasir texnika və xilasetmə avadanlıqlarından məharətlə istifadə edərək, “yanğının” qarşısının alınması və xilasetmə tədbirlərinə başladılar.

Daha sonra Bakı buxtasında Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qurumları ilə həyata keçirdikləri taktiki təlim nümayiş etdirildi. Burada dalğıc-xilasedicilərin vəzifəsi neftdaşıyan tankerdə “partlayış” nəticəsində baş vermiş yanğını aradan qaldırmaqdan və insanları xilas etməkdən ibarət idi. Qısa vaxt ərzində katerlərlə və aviasiya dəstəsinin Mİ-17-1V vertolyotları ilə hadisə yerinə çatmış dalğıc-xilasedicilər sudakı insanların axtarış və xilasetmə işlərinə başladılar. Yanğınsöndürmə gəmisi yaxınlaşaraq, “yanan” gəmiyə bir neçə istiqamətdən odsöndürücü maddə vurdu. BE-200 ÇS tipli amfibiya təyyarəsinin bortundakı su ilə isə yanğının söndürülməsi əməliyyatı aparıldı. Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin xüsusi “ARKTUR” kateri ilə isə dağılmış neftin suyun üzərindən yığılması üçün bon çəpəri açıldı. 

Görülən “xilasetmə” tədbirləri nəticəsində hər iki əməliyyat müvəffəqiyyətlə başa çatdırıldı.

Fövqəladə hallar naziri, general polkovnik KƏMALƏDDİN HEYDƏROV nazirliyin fəaliyyətinə yaratdığı yüksək şəraitə, göstərilən diqqət və qayğıya görə Prezident, Ali baş komandan İlham Əliyevə minnətdarlığını bildirdi:

-Bütün şəxsi heyət adından Sizə təşəkkürümüzü bildiririk. Təkcə nazirliyin şəxsi heyəti deyil, hamı görür, statistika, rəqəmlər də göstərir ki, Sizin gördüyünüz tədbirlər, əhalinin mülki müdafiəsinə qayğınız nəticəsində qəzaların sayı nə qədər azalmışdır. Qəzalar sahəsində baş verən ölüm hadisələrinin sayı nə qədər azalmışdır. Əhalinin əmlakının xilas edilməsində nə qədər irəliləyiş olmuşdur. Bütün bunlara görə Sizə dərin təşəkkürümüzü, bizə göstərdiyiniz şəxsi qayğıya görə minnətdarlığımızı bildiririk.

İLHAM ƏLİYEV: Sağ olun. Mən çox şadam ki, Fövqəladə Hallar Nazirliyi yaranandan sonra qısa müddət ərzində çox böyük işlər görüldü. Azərbaycanda təhlükəsizliyin təmin olunmasında, xilasetmə işlərinin düzgün qurulmasında çox böyük işlər görülmüşdür. Bu gözəl binanın tikintisi və Fövqəladə Hallar Nazirliyinin sərəncamına verilməsi də göstərir ki, Azərbaycan dövləti bu sahəyə çox böyük diqqət yetirir. İnsanların təhlükəsizliyi və mümkün olan xoşagəlməz hadisələrin qarşısının alınması, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün Azərbaycan dövləti nə lazımdırsa edəcəkdir. Fövqəladə Hallar Nazirliyinin yeni müasir texnika ilə təchizatı da davam edir. Göstərilən təlimlərdə iştirak edən bütün texnikalar, demək olar, son müddət ərzində alınıb, ən müasir standartlara cavab verir. Əlbəttə ki, ən müasir standartlara cavab vermək üçün gələcək illərdə də bütün Azərbaycan üzrə ən qabaqcıl texnologiyalar, ən mütərəqqi metodlar tətbiq olunmalıdır. Dünyada hansı qabaqcıl texnologiya varsa, o, Azərbaycanda bütün sahələrdə tətbiq edilməlidir. O cümlədən, Fövqəladə Hallar Nazirliyinin uğurlu fəaliyyəti üçün onun maddi-texniki bazası daha da möhkəmlənməlidir. Demək olar ki, texnikanın böyük hissəsi alınıbdır. Ancaq növbəti illərdə artıq nəinki Bakıda və başqa böyük şəhərlərdə, bütün bölgələrdə, bütün rayonlarda ən müasir avadanlıq olmalıdır. Növbəti vəzifə Böhran Mərkəzinin yaradılmasıdır. Bunun üçün biz gərək əlavə tədbirlər görək. Elə etməliyik ki, istənilən xoşagəlməz hadisənin qarşısının alınması, profilaktik işlərin təmin olunması və nəticələrin aradan qaldırılması üçün ən qısa müddət ərzində tədbirlər görülsün. Sizi əldə edilmiş uğurlar münasibətilə təbrik edirəm. Gözəl binanın açılışı münasibətilə təbrik edirəm və sizə və bütün şəxsi heyətə yeni uğurlar arzulayıram.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev əhalinin maarifləndirilməsi məqsədi ilə nazirliyin yeni inzibati binasında yaradılmış müasir texniki avadanlıqla, multi-media mərkəzi ilə də tanış oldu. Burada fövqəladə hadisələr zamanı mülki əhalinin vəziyyətdən çıxmaq üçün necə hərəkət etməsi, davranış qaydaları ilə əlaqədar xüsusi videomateriallar hazırlanaraq, təhsil və sənaye müəssisələrində nümayiş etdiriləcəyi bildirildi.

Dövlətimizin başçısı nazirliyin yeni iclas salonuna da baxdı.

Daha sonra Prezident İlham Əliyev fövqəladə hallar zamanı hadisə yerində böhranları idarə etmək üçün nəzərdə tutulan mobil qərargahla - avtobusla da tanış oldu. Avtobus ən müasir rabitə sistemləri ilə təchiz olunmuş, burada ultraqısa və qısa dalğalı rəqəmsal və analoq radiostansiyalar, eləcə də nazirliyin müvafiq qurumları ilə “video-konfrans” əlaqəsi yaratmaq üçün müvafiq avadanlıq quraşdırılmışdır.

Fövqəladə Hallar Nazirliyinin ən müasir standartlara uyğun şəkildə tikilib istifadəyə verilmiş yeni inzibati binası və buradakı müasir texniki təchizatla tanışlıq razılıq doğurdu. 

 

 

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir