İQTİSADİYYAT
FHN: Metroya məxsus bütün obyekt və tunellərdə yanğın-texniki müayinələri keçirilib VİDEO
Bakı, 6 noyabr, AZƏRTAC
“Bakı Metropoliteni” QSC ilə Fövqəladə Hallar Nazirliyi qarşılıqlı fəaliyyət və Tədbirlər Planları tərtib ediblər.
AZƏRTAC xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin COP29 Əməliyyat Qərargahının rəhbəri, polkovnik Ağəli Hüseynov mətbuat üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, metropolitenə məxsus bütün obyektlərdə və tunellərdə yanğın-texniki müayinələri keçirilib.
“Cari il ərzində 900 nəfər metropoliten əməkdaşları yanğın təhlükəsizliyi qaydaları barədə təlimatlandırılıb. Bu ilin 10 ayı ərzində 9 metrostansiyada birgə taktiki-xüsusi təlimlər keçirilib. COP29 tədbiri ilə əlaqədar olaraq metronun “Koroğlu”, “Ulduz” və “Xətai” stansiyalarında qərargahlar yaradılıb və nazirliyin əməkdaşları xidmət aparırlar”, - deyə o qeyd edib.