FHN: Samuxda qəza nəticəsində ətrafa dağılan yanacaq yuyularaq təhlükə aradan qaldırılıb
Bakı, 12 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Samux-Gəncə avtomobil yolunun ikinci kilometrliyində - Samux rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Samux Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Baş vermiş yol-nəqliyyat qəzası zamanı yanacaq daşıyan avtomobilin aşması nəticəsində ətrafa dağılan yanacaq təhlükəsizlik tədbirləri çərçivəsində yuyularaq mümkün yanğın təhlükəsi aradan qaldırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:27]
® Mürəkkəb əməliyyatların peşəkarı
- 09.10.2026 [12:15]
Gecikdirilmiş 548 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub
- 09.10.2026 [12:01]