FHN: Xırdalan şəhərində yaşayış kompleksində yanğın baş verib, bina sakinləri təxliyə olunub
Bakı, 5 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF park” yaşayış kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən texniki otaqda quraşdırılmış elektrik sayğaclarında baş vermiş yanğın yayılmasına, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın zirzəmisində yerləşən ümumi sahəsi 2 kvadratmetr olan texniki otağın içərisində quraşdırılmış 68 ədəd elektrik sayğacı və şaxtadan keçən elektrik kabelləri 3 poqonometr yanıb.
FHN əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 3-ü azyaşlı olmaqla 15 nəfər bina sakini təxliyə olunub.
Şaxtadan keçən kommunikasiya xətləri, avtodayanacaqda park edilmiş avtomobillər və mənzillər yanğından mühafizə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [15:46]
Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib
- 07.08.2026 [15:23]
Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO
- 07.08.2026 [15:05]
Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi
- 07.08.2026 [14:50]
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
- 07.08.2026 [14:09]
Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil
- 07.08.2026 [12:11]
Ucarda 1 tondan çox çətənə kolu məhv edilib
- 07.08.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [11:29]