FIFA İspaniya çempionatında “Barselona”nın iştirakı ilə matçın ABŞ-da keçirilməsini qadağan edəcək
Bakı, 24 oktyabr, AZƏRTAC
Beynəlxalq Futbol Federasiyası (FlFA) İspaniya çempionatının 21-ci turunda “Barselona” ilə “Jirona” arasında matçın ABŞ-da keçirilməsini qadağan etmək niyyətindədir.
İspaniyanın “Sport” saytı bildirir ki, La Liqa bu ilin yayında futbolçuların həmkarlar ittifaqları və klublarla məsləhətləşmədən İspaniya çempionatının bəzi matçlarının ABŞ-da və Kanadada keçirilməsi barədə 15 illik kontrakt imzalayıb.
Liqanın üzvü olan bütün 20 komandanın kapitanları avqust ayında növbədənkənar yığıncaqda bu qərardan narazı olduqlarını bildirib və Liqa rəhbərliyini tətil keçirməklə hədələyiblər. Sentyabrın əvvəlində “Barselona”, “Jirona” və İspaniya La Liqası gələn il yanvarın 26-da milli birinciliyin 21-ci turundakı matçın Mayamidəki “Hard Rock” stadionunda keçirilməsi üçün sorğu veriblər.
İspaniya Kral Futbol Federasiyası (RFEF) bundan əvvəl həmin oyunun ABŞ-da keçirilməsinin əleyhinə olduğunu bildirib. AZƏRTAC TASS-a istinadla xəbər verir ki, çox güman, FIFA da RFEF-i dəstəkləyəcək və çempionatın həmin görüşünün Mayamidə keçirilməsini qadağan edəcək.
İspaniya çempionatında 9 turdan sonra 18 xal toplamış “Barselona” turnir cədvəlində liderdir, aktivində 13 xal olan “Jirona” isə 13-cü yeri tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]