Filippin Prezidenti Manilanı bağlı şəhər elan edib
Tokio, 14 mart, AZƏRTAC
Dünya ölkələrinin əksəriyyəti kimi Filippin də yeni koronavirusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirir.
AZƏRTAC xəbər verir ki, ölkə Prezidenti Rodriqe Duterte martın 15-dən başlayaraq paytaxta - Manila şəhərinə bütün daxili girişin və çıxışın bir ay müddətinə bağlandığını elan edib. Bu barədə qərar Filippində 52 nəfərin yeni koronavirusa yoluxması barədə məlumat rəsmi olaraq təsdiq edildikdən sonra qəbul olunub.
Prezident Rodriqe Duterte məktəblərin bağlanması və digər kütləvi tədbirlərin qadağan olunması barədə də qərar qəbul edib. Prezident bildirib ki, bu barədə qərarlar mütəxəssislərin rəyi əsasında qəbul olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]