FİLİPPİNDƏ TORPAQ SÜRÜŞMƏLƏRİ VƏ DAŞQINLAR NƏTİCƏSİNDƏ 1000-DƏN ÇOX ADAM HƏLAK OLMUŞDUR
AZƏRTAC-ın İTAR-TASS Agentliyindən aldığı xəbərə görə, Filippində həftənin əvvəlində baş vermiş güclü torpaq sürüşmələri və qasırğanın törətdiyi daşqınlar nəticəsində 1000-dən çox adam həlak olmuşdur. Bunu dekabrın 2-də Manilada Müdafiə Nazirliyinin nümayəndəsi bildirmişdir.
Qasırğa, sürüşmə və daşqınlar Keson əyalətinə daha çox maddi ziyan vurmuşdur. Bu yaşayış məntəqələrinin çoxu hələ də su altında qalmaqdadır. Hərbçilər əhalini təhlükəsiz bölgələrə köçürürlər. Müvəqqəti düşərgələrdə 160 minə yaxın adam yerləşdirilmişdir. İtkin düşənlərin axtarışı davam edir.
Filippin KİV-ləri bildirirlər ki, mühəndis texnikasının olmaması və mürəkkəb hava şəraiti xilasetmə işlərini çətinləşdirir. Sinoptiklərin məlumatına görə, Filippində yeni güclü qasırğa olacağı gözlənilir. Bununla əlaqədar, Manilada məktəblər bağlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]