Finlandiyanın Vantaa şəhərində məktəbdə baş verən atışmanın təfərrüatları açıqlanıb
Stokholm, 3 aprel, Nərgiz Cəfərli, AZƏRTAC
Aprelin 2-də Vantaa şəhər məktəbində baş verən atışma ilə əlaqədar Finlandiyada dövlət bayraqları endirilib.
AZƏRTAC xəbər verir ki, Finlandiya polisi tərəfindən dindirildikdən sonra üzərindən revolver götürülən şübhəli şəxs törətdiyi cinayəti etiraf edib. Polisdə cinayətin motivi barədə ilkin təsəvvürlər mövcud olsa da, istintaq davam etdiyi üçün bu səbəblər ictimaiyyətə açıqlanmayıb.
İlkin məlumata görə, revolver 12 yaşlı oğlanın qohumuna məxsusdur. Hazırda məktəbdə texniki araşdırma aparılır, bir neçə nəfər dindirilib.
Sosial şəbəkələrdə yayılan və bu cinayət haqqında həqiqətə uyğun olmayan məlumatları şərh edən polis hər kəsi həlak olanların yaxınlarının hisslərinə hörmət etməyə çağırıb.
Atəş açan şəxs yetkinlik yaşına çatmadığı üçün sosial müdafiə orqanlarına təhvil veriləcək.
Xatırladaq ki, hadisə nəticəsində 12 yaşlı oğlan həlak olub, eyni yaşda iki qız isə ağır yaralanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]