Formula 1 Macarıstan Qran-Prisi 2027-ci ilədək təşkil olunacaq
Bakı, 6 iyun, AZƏRTAC
Formula 1 Macarıstan Qran-Prisi 2027-ci ilədək təşkil olunacaq. Bu barədə Liberty Media rəhbərliyi və yarışın təşkilatçısı arasında razılıq əldə olunub.
AZƏRTAC xəbər verir ki, bu il iyulun 17-19-da Macarıstanda Formula 1 üzrə dünya çempionatının üçüncü yarışı keçiriləcək. Digər Avropa yarışlarında olduğu kimi, bu yürüş da azarkeşsiz baş tutacaq. Bunun müqabilində yarışın təşkilatçılarına müqavilənin 2027-ci ilə qədər uzadılması təklif edilib və razılıqla qarşılanıb.
"Hunqarorinq" avtodromunun rəhbəri Jolt Dyulai builki yarış tamaşaçısız keçirilsə də, xərclərinin dəyişmədiyini vurğulayıb. “Bu çətin günlərdə həm bizim, həm də Formula 1 üçün ən sərfəli olanı tapmaq üçün əlimizdən gələni etdik və müqaviləni daha bir il uzatmaq qərarına gəldik. Biz çempionatı 2026-cı yox, 2027-ci ilə qədər qəbul edəcəyik”, - deyə o bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]