SİYASƏT
Forum çərçivəsində beynəlxalq fotomüsabiqənin qalibləri mükafatlandırılıb
![](/files/galleryphoto/2016/1/1200x630/14616056081625611891_1200x630.jpg)
![](/files/galleryphoto/2016/1/1200x630/1461605608903147530_1200x630.jpg)
![](/files/galleryphoto/2016/1/1200x630/14616056083609628566_1200x630.jpg)
![](/files/galleryphoto/2016/1/1200x630/1461605608286135891_1200x630.jpg)
![](/files/galleryphoto/2016/1/1200x630/14616056084209931959_1200x630.jpg)
![](/files/galleryphoto/2016/1/1200x630/14616056082654654299_1200x630.jpg)
![](/files/galleryphoto/2016/1/1200x630/14616056081630262300_1200x630.jpg)
![](/files/galleryphoto/2016/1/1200x630/1461605608108733650_1200x630.jpg)
![](/files/galleryphoto/2016/1/1200x630/14616056082473116190_1200x630.jpg)
Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 25-də “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında Bakı Konqres Mərkəzində keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində ideyalar yarmarkası və gənclər sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Mədəniyyətlərarası dialoq gənclərin gözü ilə” mövzusunda beynəlxalq fotomüsabiqənin qalibləri mükafatlandırılıb.
Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək bu cür mötəbər tədbirlərdə gənclərin iştirakını yüksək dəyərləndirib. Nazir tədbirdə Gənclər və İdman, Mədəniyyət və Turizm nazirlikləri tərəfindən birgə təşkil olunan fotomüsabiqənin qaliblərinin elan ediləcəyini bildirib. Müsabiqəyə 97 ölkədən 900-dək gənc fotolarını təqdim edib. Vurğulanıb ki, müsabiqənin keçirilməsinin məqsədi gənclər arasında mədəni müxtəliflik, tolerantlıq, qarşılıqlı anlaşma kimi dəyərlərin inkişaf etdirilməsi, mədəniyyətlər və dinlərarası dialoqun təşviqidir. Vurğulanıb ki, sərgidə müxtəlif ölkələrdən olan gənclər maraqlı ideya və layihələrlə iştirak edirlər.
Sonra fotomüsabiqənin qalibləri elan edilib.
Müsabiqədə birinci yerə İspaniya, ikinci yerə Misir, üçüncü yerə isə Azərbaycan və Pakistandan olan fotoqraflar layiq görülüblər.
Qaliblərə diplomlar təqdim olunub.