Fövqəladə hallar naziri İsmayıllı şəhərində vətəndaşların qəbulunu keçirəcək
Bakı, 30 dekabr, AZƏRTAC
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 2023-cü il yanvarın 5-də İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzinin binasında saat 10:00-dan İsmayıllı və Ağsu rayonları sakinlərinin qəbulunu keçirəcək.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbula gələn vətəndaşların qeydiyyatı gələn il yanvarın 4-də Heydər Əliyev Mərkəzinin binasında saat 09:00-da başlayacaq.
Qəbulda yalnız nazirliyin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. Əlaqə: tel: +994 (12) 512-01-14, e-mail: [email protected]
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [21:39]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [20:11]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:01]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [19:59]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [18:42]