Fövqəladə hallar naziri Qazaxda vətəndaşları qəbul edib VİDEO
Qazax, 27 noyabr, Famil Quliyev, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 27-də Qazax şəhərində qərb bölgəsindən olan vətəndaşları qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbulda Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarından olan sakinlərin, eləcə də həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılıb.
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr məsələləri ilə bağlı 133, digər məsələlərlə bağlı müraciət etmiş 63 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.