Fransa həmkarlar ittifaqları yeni kütləvi etirazlara çağırıb
Bakı, 5 aprel, AZƏRTAC
Fransanın Baş naziri Elizabet Bornla görüşdən narazı qalan həmkarlar ittifaqları pensiya islahatlarına qarşı yeni kütləvi etirazlara çağırıb.
AZƏRTAC xəbər verir ki, Elizabet Born “Matignon” sarayında baş tutan danışıqlardan sonra həmkarlar ittifaqları nümayəndələri ilə “hörmətə əsaslanan fikir mübadiləsi” apardığını bildirsə də, pensiya yaşı məsələsində fikir ayrılıqlarının yoluna qoyulmadığını etiraf edib.
Həmkarlar ittifaqları isə görüşün iflasa uğradığını hesab edib və əhalini aprelin 6-da islahatlara etiraz olaraq yenidən küçələrə çıxmağa çağırıb.
Xatırladaq ki, Fransa hökuməti martın 16-da Konstitusiyanın 49.3 maddəsindən istifadə edərək Milli Assambleyada səsvermədən yan keçməklə, təqaüd yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan pensiya islahatlarını qəbul edib. Parlamentin aşağı palatasında təmsil olunan müxalifət fraksiyaları martın 20-də hökumətə qarşı iki etimadsızlıq votumu irəli sürsə də lazımi səs toplaya bilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [17:23]
Labubu dünya çempionatının açılış mərasimində iştirak edib
- 12.06.2026 [16:26]
Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb
- 12.06.2026 [16:10]
Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər
- 12.06.2026 [15:59]
Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir
- 12.06.2026 [15:59]
Ötən il Türkiyən sənaye sektorunda rekord göstərici qeydə alınıb
- 12.06.2026 [15:51]