Fransa hökuməti parlamentdə səsvermədən yan keçərək pensiya islahatını qəbul etdi
Paris, 17 mart, AZƏRTAC
Milli Assambleyada (parlamentin aşağı palatası) səs çoxluğuna əmin olmayan Fransa hökuməti Konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndinə əsaslanaraq, pensiya islahatını qəbul edib. Emmanuel Makronun fikrincə, əks təqdirdə ölkə çox böyük maliyyə riskləri ilə üzləşəcək.
AZƏRTAC xəbər verir ki, Fransa hökuməti xalqın və əksər deputatların etirazına baxmayaraq, parlamentdən yan keçərək pensiya islahatı haqqında qanun layihəsinin qəbul olunduğunu elan edib. Bu qərardan sonra deputatların əksəriyyəti Milli Assambleyanı tərk edib, pensiya islahatına qarşı etirazlar daha da kəskinləşib.
Beləliklə, yetərincə səs toplaya bilməyəcəyinə əmin olan hökumət yeni pensiya islahatı haqqında qanun layihəsi səsverməyə çıxarmayacaq. Deputatlar heç kimin istəmədiyi islahatın zorla qəbul edilməsinin bütün ölkəni rejim böhranına sürükləmək əlaməti olduğunu deyirlər.
E.Makron Milli Assambleyada tərəfdarlarının azlıqda olmasını nəzərə alaraq riskə getmədi və yeni pensiya islahatını zorla həyata keçirmək qərarına gəldi.
Ölkədə onsuz da səngimək bilməyən nümayiş və tətillərin daha da intensivləşəcəyi gözlənilir.
Eyni zamanda, hökumətin buraxılması ilə bağlı fikirlər səsləndirilir. Artıq ümummilli etiraz nümayişləri elan olunub. Ölkənin parçalanmasının təəccüb doğurmayacağı bildirilir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]