Fransa Peşəkar Futbol Liqası “Qarabağ”ın rəqibini cəzalandırıb
Bakı, 22 sentyabr, AZƏRTAC
Fransa Peşəkar Futbol Liqası (LFP) "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan “Nant”ı cəzalandırıb.
AZƏRTAC xəbər verir ki, buna “Nant” azarkeşlərinin Liqa 1-in yeddinci turu çərçivəsində baş tutan “Loryan”la səfər matçında (2:3) pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub.
İntizam Komitəsinin qərarına əsasən, “Nant” qarşıdakı iki səfər qarşılaşmasında tərəfdarların dəstəyindən məhrum olacaq. Fanatlar oktyabrın 2-də "Monako", 9-da isə "Renn"lə görüşlərdə tribunaya buraxılmayacaq.
"Qarabağ" qrup mərhələsinin ikinci turunda Bakıda “Nant”ı 3:0 hesabı ilə məğlub edib. Bu komandalar arasında beşinci tur çərçivəsində baş tutacaq ikinci oyun isə oktyabrın 27-də Fransada keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:24]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]