Fransa qoşunlarının Nigerdən çıxarılması prosesi başa çatıb
Bakı, 22 dekabr, AZƏRTAC
Nigerdəki sonuncu fransalı hərbçilər dekabrın 22-də səhər saatlarında ölkəni tərk ediblər.
AZƏRTAC xəbər verir ki, France-Presse agentliyi bu barədə Niger hərbçilərinə istinadla məlumat yayıb. Fransa qoşunlarının Nigeri tam tərk etməsi ilə bağlı mərasim Niamey aviabazasında baş tutub.
Niger ordusunun baş qərargah rəisi polkovnik Maman Sani Kiau və Fransanın Saheldəki qüvvələrinin komandanı general Erik Ozann birgə sənəd imzalayıb və aviabaza Niger ordusunun istifadəsinə verilib. İmzalanma prosesində Toqonun baş qərargah rəisi və ABŞ-ın hərbi attaşesi də iştirak edib. Qoşunların çıxarılması zamanı ciddi insident qeydə alınmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]