FRANSA XARİCİ İŞLƏR NAZİRİ BERNAR KUŞNER İLƏ GÖRÜŞ
Paris, 9 dekabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da Parisdə onun üçün ayrılmış iqamətgahda Fransa xarici işlər naziri Bernar Kuşner ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Fransa arasında müxtəlif sahələrdə, o cümlədən siyasi sahədə əlaqələrin yüksək səviyyədə olduğu bildirildi. Azərbaycan Prezidentinin Fransaya rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından xüsusi önəm daşıdığı qeyd olundu.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı proseslərin hazırkı vəziyyətindən söhbət açılan görüşdə, regional və bir sıra beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
######
