İDMAN
FRANSA YIĞMASININ BAŞ MƏŞQÇİSİ JURNALİSTLƏRİ CASUSLUQDA TƏQSİRLƏNDİRİR
AZƏRTAC Frans Press Agentliyinə istinadla xəbər verir ki, Fransa yığmasının baş məşqçisi Raymon Domenik ölkə jurnalistlərini daha təmkinli olmağa və futbolçuları güdməməyə çağırmışdır. O, “Ekip” və “Parizyen” qəzetlərinin jurnalistlərini komandanın İsveçrə yığması ilə start heyətini rəsmən elan olunduğundan bir gün əvvəl açıqlamaqda təqsirləndirmişdir.
Domenikin sözlərinə görə, jurnalistlər Fransa komandasının qapalı məşqini gizlicə izləmiş və bunun əsasında belə qənaətə gəlmişlər ki, hücumameyilli yarımmüdafiəçi Frank Riberi start görüşündə oynamayacaq, hücumçu David Trezeqe ehtiyatda qalacaq, Tyerri Anri isə yeganə hücumçu kimi çıxış edəcəkdir.
Domenik ənənəvi oyunqabağı mətbuat konfransında gileylənərək demişdir: “İsveçrə jurnalistlərinin casusluqla məşğul olmasını, yaxud bizimkilərin isveçrəliləri güdməsini başa düşürəm. Fransızların fransızları güdməsi və sonra da gördükləri barədə aləmə car çəkməsini isə anlamıram”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:00]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib
- 03.05.2024 [17:19]
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
- 03.05.2024 [16:54]
İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib
- 03.05.2024 [15:32]
Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib
- 03.05.2024 [15:11]