FRANSADA İĞTİŞAŞLAR DİGƏR ŞƏHƏRLƏRİ DƏ BÜRÜMÜŞDÜR
İğtişaşlar İl-de-Frans rayonunun hüdudlarından kənara çıxaraq, ölkənin Strasburq, Ren və Tuluza kimi iri şəhərlərini də bürümüşdür. Bu şəhərlərdə gənclər maşınları yandırır, polisə müqavimət göstərirlər.
Ölkə rəsmiləri iğtişaş törədən gənclərlə asayiş keşikçiləri arasında baş verən toqquşmaların bir qədər azaldığını bildirmişlər.
Yaranmış vəziyyətlə əlaqədar Kanadaya səfərini təxirə salmış Baş nazir Dominik de Vilpən paytaxt ətrafındakı qəsəbələrə baş çəkmiş , müsəlman icmasının nümayəndələri ilə görüşərək onların problemi ilə maraqlanmışdır.
Fransa müsəlman icmasının nümayəndəsi iğtişaş törədən müsəlman gəncləri sakitliyə və ölkə qanunlarına riayət etməyə çağırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]