Fransada yeniyetmə cüdoçular arasında keçiriləcək Avropa kuboku yarışında Azərbaycanı 16 idmançı təmsil edəcək
Bakı, 5 may, AZƏRTAC
Mayın 7-də Fransada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı start götürəcək.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanı oğlanlar arasında 16 idmançı təmsil edəcək. Belə ki, Nurlan Kərimli, Turan Bayramov (60 kq), Qasım Vəlizadə, Elvin Bağırov (66 kq), Məmmədrza Hacızadə, Qədir Hüseynov, Vüsal Qələndərzadə, Ömər Qarayev (73 kq), Ömər Rəcəbli, İsmayıl Zamanov (81 kq), Nihad Şıxəlizadə, Vüqar Talıbov (90 kq), Ruslan Nəsirli, Sabir İsayev (100 kq), Kənan Nəsibov, Hüseyn Məmmədov (+100 kq) medallar uğrunda mübarizə aparacaqlar.
On altı ölkədən 300-dən çox idmançının qatılacağı yarış iki gün davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]