Fransalı futbolçu doğum günündə “Real Madrid”ə qələbə qazandırıb
Bakı, 27 yanvar, AZƏRTAC
İspaniya La Liqasının XXII turuna start verilib.
AZƏRTAC xəbər verir ki, lider “Real Madrid” səfərdə “Las Palmas”la qarşılaşıb.
Görüş "kral klubu"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 53-cü dəqiqədə meydan sahiblərinin heyətində Xavi Munos açıb. Vinisius Junior 65-ci dəqiqədə tablodakı rəqəmləri bərabərləşdirib. Matçda son nöqtəni 84-cü dəqiqədə doğum gününü qeyd edən Orelyen Çuameni qoyub.
Turun digər oyunlarında "Alaves" "Almeriya"nı 3:0 hesabı ilə məğlub edib. "Real Sosyedad" - "Rayo Vallekano" matçında isə qapılara qol vurulmayıb.
Qeyd edək ki, turnir cədvəlinə 54 xalla "Real Madrid" rəhbərlik edir. "Jirona" 52 xalla ikincidir. "Barselona" 44 xalla üçüncü, "Atletiko" ( Madrid ) isə 41 xalla dördüncü pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]