Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransanın Afrika təcrübəsi Ermənistana nümunə olmalıdır ŞƏRH

Fransanın Afrika təcrübəsi Ermənistana nümunə olmalıdır  ŞƏRH

Bakı, 31 yanvar, Rabil Kətanov, AZƏRTAC

Dünya tarixinə Napoleon Bonapart, Şarl de Qol, Fransua Mitteran kimi görkəmli siyasi və dövlət xadimləri bəxş etmiş Fransa xalqı bu gün Emmanuel Makron kimi populist bir siyasətçinin destruktiv siyasətindən əziyyət çəkir. Bütün rejimlər kimi, E.Makron rejimi də daxildəki problemlərdən yaxa qurtarmaq və ictimaiyyətin diqqətini ölkənin əsas problemlərindən yayındırmaq məqsədilə diqqəti daha çox xarici siyasətə yönəltməklə Fransanın “möhtəşəmliyi”ni göstərməyə cəhd edir. Bu “möhtəşəmlik” isə özünü tarixən formalaşmış kolonializm siyasətində əks etdirir. Ölkə daxilində ərzaq mallarından tutmuş daşınmaz əmlakadək bütün məhsul və obyektlərin ildırım sürəti ilə bahalaşmasının, insanların sosial vəziyyətinin ağırlaşmasının qarşısını almaq əvəzinə, rəsmi Paris Ermənistanı yeni koloniyasına çevirməyə çalışır. Tarixin müxtəlif dövrlərində ayrı-ayrı böyük dövlətlərin himayəsində yer alan Ermənistan isə könüllü olaraq buna razılaşır, çünki Nikol Paşinyana da Qarabağ məğlubiyyəti ilə yanaşı, iqtisadi problemləri unutdurmaq üçün əsaslı amillər lazımdır. Bu amilləri isə rəsmi İrəvan Qərbə inteqrasiyada tapıb. Guya demokratiya olacaq və insanlar cah-calal içərisində yaşayacaqlar. Hələlik isə dözmək lazımdır. Bu “dözüm” N.Paşinyanın hakimiyyətdə olduğu müddətdə davam edəcək. Sonrası isə onu qətiyyən maraqlandırmır. Əsas odur ki, hakimiyyətdə olduğu müddətdə insanlar Qərb demokratiyasına inansın və bu fikirlə bir müddət sakit otursunlar.

N.Paşinyanın Ermənistana rəhbərliyi Fransada E.Makronun hakimiyyətdə olduğu müddət davam edəcək. Məsələnin mahiyyəti ondan ibarətdir ki, populist şüarlarla hakimiyyətə gələn E.Makron xalqa verdiyi vədlərin heç birinə əməl edə bilmədi və kolonializm siyasətinə üz tutdu. Burada da uğursuzluğa düçar olan Fransa Afrikadan qovuldu. Çad, Mali, Niger, Burkina-Faso, Mərkəzi Afrika Respublikasından hərbi hissələrini çıxarmaq məcburiyyətində qalan Fransa xilasını Ermənistanda görür. Azərbaycanın Qarabağ bölgəsini 30 il işğalda saxlayan Ermənistan 2020-ci ildə 44 günlük müharibədə biabırçı məğlubiyyətə uğradı. “Qarabağ Ermənistandır və nöqtə”, - deyən N.Paşinyan müharibədəki ağır məğlubiyyətdən sonra revanş üçün yeni “ağa” axtarmağa başladı. Beləliklə, yeni himayədar axtaran Ermənistan ilə yeni koloniya əldə etmək uğrunda mübarizə aparan Fransanın maraqları üst-üstə düşdü. Hazırda kolonializm siyasətinin adını “frankofoniya” qoyan rəsmi Paris Ermənistana silah-sursat verir, rəsmi İrəvan isə Fransanın qlobal siyasətdəki yerini möhkəmlətməyə kömək göstərir.

Hələ 2021-ci ildə Afrika dövlətlərində Fransa kolonializminə qarşı kütləvi çıxışlar başlayanda Seneqalın xarici işlər naziri Dudu Tiam demişdi ki, Afrika dövlətlərinin inkişafdan geri qalmalarının səbəbi rəsmi Parisdir. Bu dövlətin kolonial siyasəti xalqların sosial vəziyyətinin ağırlaşmasının əsas səbəbidir. Fransanın istismar siyasətinin qarşısının alınmasının vaxtı gəlib çatıb. Artıq Afrika gəncləri milli dövlətlərinə sahib çıxmaq iqtidarındadırlar. Nazir bildirmişdi ki, fransız istismarına son qoyulmasa, qitə dövlətləri inkişaf edə bilməyəcək.

Məhz Afrika ilə bağlı siyasətinin iflasa uğramasının, ölkədəki sosial-iqtisadi problemlərin həllinin öhdəsindən gələ bilməməsinin nəticəsi idi ki, Prezident E.Makronun impiçment məsələsi ortaya çıxdı. Fransa Milli Assambleyasının ali kollegial orqanı Prezident E.Makrona qarşı impiçment prosedurunun başlanmasına dair qətnamə layihəsini təsdiqlədi. 22 nəfər üzvdən ibarət ali kollegial orqanın 12 nəfəri qətnamənin lehinə səs verdi. Onlar məhz o solçu şəxslər idilər ki, E.Makronun hakimiyyətdən uzaqlaşdırılması təşəbbüsünü irəli sürdülər. E.Makronun hakimiyyətdən uzaqlaşdırılmasını keçmiş Fransa prezidenti Fransua Olland da daxil olmaqla, 81 deputat dəstəkləyir. Fransa parlamentində belə bir prosesin baş verməsi ölkədəki siyasi və iqtisadi vəziyyətin acınacaqlı olduğunu deməyə əsas verir. Odur ki, E.Makronun Ermənistana sahib çıxması təsadüfi xarakter daşımır.

Bu gün Ermənistan Fransa və Cənubi Qafqazda yeni münaqişə ocağı yaradıb özlərini qlobal siyasətin aparıcı qüvvəsi hesab etməyə çalışanlara arxalanaraq, revanş arzulamaq əvəzinə, sülh haqqında düşünüb kompromisə gəlsə, daha yaxşı olar. Fransanın Afrika təcrübəsi Ermənistana nümunə olmalıdır. Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talayan, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyub.

Fransalı siyasi tədqiqatçı Filipp Moro Defarj “Geosiyasətə giriş” kitabında yazır ki, geosiyasət izaholunmaz prosesləri izah etməyə çalışmaq deməkdir. Kolonializm siyasətini izah etmək üçün geosiyasət terminindən istifadə olunur. Onun fikrincə, müasir dövrdə geosiyasət yalnız müxtəlif əraziləri və xalqları nəzarətdə saxlayıb, onların təbii resurslarını istismar etmək və iqtisadi dividendlər qazanmaq deyil, həmçinin ideologiya yaymaq, qlobal siyasətdə ambisiyanı nümayiş etdirmək, güclülər sırasında dayanmaq deməkdir. Məhz buna görə də daxildə pərişan olan siyasi hakimiyyət rəhbərləri uçurumun astanasında olan zaman geosiyasəti yada salır, vətənpərvərlik, dövlətin nüfuzunu, xalqın mədəniyyətinin dünyada tanıdılmasını əhalinin ağır sosial vəziyyətdə yaşamasından üstün hesab edirlər.

Fransadan minlərlə kilometr aralıda yerləşən Ermənistan revanş hissləri ilə yaşayaraq silahlanır. Fransanın Cənubi Qafqaza müdaxiləsi heç də erməni xalqına olan məhəbbətindən irəli gəlmir. Parisdə yaşayan erməni diasporunun səsinə möhtac qalan parlament üzvləri və yuxarıda qeyd etdiyimiz kimi, prezident E.Makronun siyasi iflası yeni koloniya axtarıb tapmağı şərtləndirib. Lakin müasir dünyada Fransanın yeni koloniya əldə etməsinin mümkünlüyü böyük şübhə altındadır. Bu səbəbdən də Ermənistan hərdən bir bəhanə tapıb Azərbaycan ilə sülh müqaviləsini imzalamaqdan boyun qaçırmaqdansa, silahlanmaya son qoysa, daha yaxşı siyasi mənzərə yaranar. Zaman gələcək Fransa Afrikadan qovulduğu kimi, Cənubi Qafqazdan da qovulacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO