Fransanın “Renault” şirkəti ötən ili 8 milyard avro ziyanla başa vurub
Paris, 20 fevral, AZƏRTAC
COVID-19 pandemiyası Fransanın avtomobil istehsalçısı olan “Renault” şirkətinə təsirsiz ötüşməyib. “Renault” qrupu 2020-ci ildə sanitar böhrana görə 8 milyard avro ziyana düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Renault” şirkətinin yaydığı açıqlamada qeyd olunub.
Qrup ötən ilin birinci semestrini 7,3 milyard avro ziyanla başa vurub. İlin ikinci yarısında 660 milyon avro ziyana məruz qalan qrupun ticarət dövriyyəsi 8,9 faiz azalıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]