FRANSIZ GƏNCLƏR YAXŞI GƏLƏCƏYƏ O QƏDƏR DƏ ÜMİD BƏSLƏMİRLƏR
AZƏRTAC-ın xüsusi müxbiri “La Tribun” qəzetində dərc olunmuş sorğunun cavabına istinadla xəbər verir ki, hər 10 fransız gəncdən 6-sı perspektivdə işsizlik və digər problemlərlə qarşılaşacaqlarını bildikləri üçün yaxşı gələcəyə o qədər də ümid bəsləmirlər.
Müxtəlif bölgələrin 20-25 yaşlı 500 gənci arasında aparılmış sorğuda iştirak edənlərin 60 faizi onları heç də parlaq gələcək gözləmədiyini etiraf etmişdir. 67 faiz iş tapacağı halda öz həyatını tamamilə ona həsr edəcəyini söyləmişdir.
Gənclərin 64 faizi uzun müddət xaricdə işləməyə getmək arzusunda olduğunu bildirmişdir.