FRANSIZLAR SİQARETİ ATIRLAR
Siqaret çəkənlərin üçdə iki hissəsi bu ziyanlı vərdişi birdəfəlik tərgətmək niyyətindədir, özü də onların 33 faizi bunu “ən yaxın bir ay ərzində” həyata keçirməyə hazırdır.
Bu müsbət meylin yaranmasında daim və qəsdən tütün məmulatının qiymətini artıran Fransa hökumətinin mühüm xidməti var. Nəticədə, sorğuların göstərdiyi kimi, “qiymət amili” siqareti atmağa məcbur edən səbəblər içərisində ikinci yerə çıxmışdır, halbuki bir neçə il öncə bu amil beşinci yerdə idi.
1999-cu ildən bəri siqareti atanların ən böyük qrupu 15-25 yaşlı qadın və yeniyetmələrdən ibarətdir.