Fridrix Merz: Almaniya Ukraynaya uzaqmənzilli raketlər verməlidir
Bakı, 14 aprel, AZƏRTAC
Almaniya Ukraynanı uzaqmənzilli “Taurus” raketləri ilə təmin etməlidir.
AZƏRTAC xəbər verir ki, Almaniyada keçirilən parlament seçkilərində qalib gələn XDİ/XSİ blokunun lideri və kansler postuna namizəd Fridrix Merts bu fikri ARD telekanalının efirində səsləndirib.
“Mən həmişə bunu avropalı tərəfdaşlarla razılaşaraq edəcəyimi demişəm”, - deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar, Fransa və Böyük Britaniya Kiyevə belə silahlar tədarük edir və Almaniya da bunu etməli idi.
Qeyd edək ki, sözü gedən “Taurus” raketlərinin mənzili müəyyən şərtlər daxilində təxminən 500 kilometrə çatır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]