Futbol üzrə Azərbaycan kuboku uğrunda final matçı mayın 28-də keçiriləcək
Bakı, 17 fevral, AZƏRTAC
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov ilə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev arasında görüş keçirilib.
AZƏRTAC PFL-in saytına istinadən xəbər verir ki, görüşdə milli komandamızın qarşıdakı oyunlarının təqvimi müzakirə edilib. Görüşdə yığmamızın mayın 29-da Qırğızıstan millisi ilə yoldaşlıq görüşü keçirəcəyinə baxmayaraq, futbol üzrə Azərbaycan kubokunun final matçının vaxtında hər hansı dəyişiklik edilməyəcəyi bildirilib. Beləliklə, Azərbaycan kuboku uğrunda final qarşılaşması əvvəlcədən nəzərdə tutulduğu kimi, 28 May - Respublika Günündə keçiriləcək.
Millimizin mart toplanışı və aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar futbol təqvimində müəyyən dəyişiklik ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]