Futzal üzrə Azərbaycan millisi seçmə mərhələyə qələbə ilə yekun vurub
Bakı, 15 aprel, AZƏRTAC
Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində qrupda sonuncu oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında keçirilən qarşılaşmada Yunanıstan yığması ilə üz-üzə gələn millimiz 4:0 hesablı qələbə qazanıb.
Panagiotis Gousisin avtoqol müəllifi olduğu oyunda millimizin digər qollarını Fineo, İsa Atayev və Ramiz Çovdarov vurublar.
Qeyd edək ki, aktivində 16 xalı olan millimiz 3-cü qrupun lideridir və gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. İndiyədək millimiz 5 dəfə (2010-cu, 2012-ci, 2014-cü, 2016-cı və 2018-ci illərdə) qitə birinciliyinin həlledici mərhələsində iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]