Füzuli könüllülərindən Qadınlar günü münasibətilə təqdirəlayiq addım
Füzuli, 7 mart, AZƏRTAC
Füzuli rayon Məşğulluq Mərkəzinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin birgə təşkilatçılığı ilə bir qrup könüllü 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində aztəminatlı ailələrdən olan qadınlarla görüşüblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, könüllü gənclər təmas xəttinə yaxın məsafədə yerləşən Alıxanlı kəndində aztəminatlı ailələrə, həmçinin erməni terrorunun qurbanı olan balaca Zəhra Quliyevanın ailəsinə baş çəkib, qadınları əlamətdar gün münasibətilə təbrik ediblər.
Görüş zamanı könüllülər tərəfindən ailələrə bayram sovqatı təqdim olunub.