Füzuli rayonunun Dilağarda kəndi
Bakı, 27 iyun, AZƏRTAC
Füzuli rayonunun Dilağarda kəndi Köndələnçayın (Arazın qolu) sol sahilindən bir qədər aralı, Qarabağ dağ silsiləsinin ətəyində yerləşir.
Əhalisi üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olurdu.
1993-cü ildə Ermənistan ordusunun işğal etdiyi Dilağarda kəndi 2020-ci il noyabrın 9-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunub.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Dilağarda kəndindən görüntüləri təqdim edir.