Gələn həftə MDB İcraiyyə Komitəsində ekspertlərin iclasları keçiriləcək
Minsk, 19 fevral, AZƏRTAC
MDB-nin Minskdəki qərargahının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, gələn həftə Belarusun paytaxtında, MDB İcraiyyə Komitəsində ekspertlər səviyyəsində bir sıra iclaslar keçiriləcək.
Fevralın 25-26-da qurumun qərargahında MDB iştirakçısı olan ölkələrin vətəndaşlarının etibarsız sənədlərinin ümumi məlumat bankının yaradılması haqqında təkliflərin hazırlanması, habelə həmin məlumat bankı barədə əsasnamənin işlənib hazırlanması üzrə ekspertlərdən ibarət işçi qrupunun iclası keçiriləcək.
Həmin günlərdə MDB İcraiyyə Komitəsində Birlik ölkələrinin yaradıcı və elmi ziyalılarının Forumu haqqında əsasnamə layihəsinin tamamlanması və razılaşdırılması üzrə ekspert qrupunun da iclası keçiriləcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]