GƏLƏN İLDƏN YENİ AEROBUS İSTİFADƏYƏ VERİLƏCƏKDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Fransanın Tuluza şəhərindəki nəhəng təyyarəqayırma zavodu gələn ildən əvvəlkilərdən həm rahatlığı, həm xidmət sahələri, həm də sürəti ilə fərqlənən müasir tipli yeni A 380 aerobusunun buraxılışına başlayacaqdır. Onun xarici bazarlara 2006-cı ildə çıxarılacağı nəzərdə tutulsa da, zavod artıq Sinqapur Hava Yolları Şirkətindən sifariş almışdır. Şirkət 2006-cı il üçün 129 aerobus sifariş vermişdir.
Yeni aerobusun bəzi hissələri Almaniyada hazırlanır. Onun 20 tondan artıq olan ön hissəsi martın 30-da xüsusi gəmi ilə Tuluzaya gətirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:22]
ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir
- 10.06.2026 [13:20]
Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb
- 10.06.2026 [13:19]
İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır
- 10.06.2026 [12:40]
Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb
- 10.06.2026 [12:24]
Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər
- 10.06.2026 [12:24]