GƏNC TENNİSÇİLƏRİMİZ BEYNƏLXALQ TURNİRDƏ İŞTİRAK EDƏCƏKLƏR
Bakı, 22 iyul (AZƏRTAC). Azərbaycan Stolüstü Tennis Federasiyasından bildirmişlər ki, iyulun 22-dən 26-dək Latviyanın Drusti şəhərində gənclər arasında stolüstü tennis üzrə beynəlxalq turnir keçiriləcəkdir. Turnirdə Azərbaycanı 6 idmançı təmsil edəcəkdir.
Yarışa Türkiyə, Rusiya, Latviya, Özbəkistan, Estoniya, Litva komandaları da qatılacaqdır. Turnir başa çatdıqdan sonra, iyulun 27-dən avqustun 1-dək yığmamız həmin ölkələrin yığma komandaları ilə birgə yay təlim-məşq toplanışında iştirak edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]