Gəncə Dövlət Filarmoniyasında Mirzə Şəfi Vazehə həsr olunan gecə keçirilib
Bakı, 16 yanvar, AZƏRTAC
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi və mütəfəkkiri Mirzə Şəfi Vazehin anadan olmasının 230 illiyi münasibətilə ədəbi-bədii gecə keçirilib.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, tədbirdən əvvəl qonaqlar Mirzə Şəfi Vazehin həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar.
Gecədə şairin qəzəlləri səsləndirilib, muğam-xoreoqrafik kompozisiyası nümayiş olunub.
Gəncə şəhərində ilk dəfə keçirilən və böyük maraqla qarşılanan ədəbi-bədii gecə qeyri-adiliyi ilə yadda qalıb.