Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəncə Dövlət Universitetinin 80 illik yubileyi təntənə ilə qeyd edilib VİDEO

Gəncə, 30 noyabr, Rauf Hacıyev, AZƏRTAC

Respublikamızın qərb bölgəsində ən böyük ali təhsil müəssisəsi olan Gəncə Dövlət Universitetinin bu il fəaliyyətə başlamasından 80 il keçir. Bu münasibətlə universitetdə təntənəli yubiley tədbiri təşkil olunub.

Yubiley tədbirində təhsil naziri Ceyhun Bayramov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, respublikamızın və dünyanın bir sıra nüfuzlu universitetlərinin, elm-təhsil mərkəzlərinin rəhbərləri, nümayəndə heyətləri, görkəmli alimlər, Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər və universitetin professor-müəllim heyəti iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Gəncə şəhərinin mərkəzinə gələrək Heydər Əliyev meydanında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə əklil və tər çiçəklər düzüb, dahi rəhbərin xatirəsini anıblar.

Sonra universitetin ən böyük tədris binası olan 5-ci korpusun əsaslı yenidənqurmadan sonra açılışı olub.

Bildirilib ki, yeni tədris binası universitetin daxili imkanları hesabına müasir təhsil standartları səviyyəsində yenidən qurulub. Ümumi ərazisi 4,8 hektar olan 4 mərtəbəli tədris binası müasir infrastruktura və zəngin maddi-texniki bazaya malikdir. Korpusda 2 mərtəbəli tədris binası, 99 otaq, idman və 306 yerlik iclas zalı, kiçik iclas zalı, tibb məntəqəsi, yeməkxana və idman sahəsi var. Həmçinin yeni tədris binasının nəzdində Heydər Əliyev guşəsi, universitetin tarixini əks etdirən muzey, 30 min kitab fonduna malik Nuru Paşa adına kitabxana, Əlil Tələbələr üçün Mərkəz, Müasir Təlim Mərkəzi, E-Öyrənmə Mərkəzi, Aleksandr Düma adına Fransa Mədəniyyət Mərkəzi, Dil Resursları Mərkəzi və iki müxtəlif istiqamətdə fəaliyyət göstərəcək kompüter mərkəzi yaradılıb.

Təhsil Nazirliyinin əməkdaşlarının, ali təhsil müəssisələri rektorlarının, deputatların, universitetlə əməkdaşlıq edən xarici ali təhsil ocaqlarının nümayəndə heyətlərinin də iştirak etdiyi yubiley tədbiri Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Yubiley tədbirində çıxış edən GDU-nun rektoru, professor Yusif Yusibov universitet haqqında məlumat verərək bildirib ki, zəngin ənənələrə, özünəməxsus tarixi keçmişə malik olan bu ali təhsil ocağı ötən 80 ildə təkcə ölkəmiz üçün yox, həmçinin qonşu respublikalar üçün də peşəkar, səriştəli pedaqoji kadrlar hazırlayıb və qərb regionunda maarifçiliyin inkişafında öz xidmətlərini göstərib. Gəncə Dövlət Universitetinin maarif istiqamətində təhsil almış məzunları bu gün Azərbaycanın müxtəlif şəhər, rayon və kəndlərində, xüsusilə də qərb regionunda pedaqoji fəaliyyətlə məşğul olurlar.

Ali təhsil ocağının yaranma tarixinə diqqət çəkən rektor bildirib ki, Gəncə Dövlət Universiteti Azərbaycan Xalq Komissarları Sovetinin 1938-ci il 14 aprel tarixli qərarı ilə Gəncə şəhərində İkiillik Müəllimlər İnstitutu kimi 23 müəllim və 244 tələbə ilə fəaliyyətə başlayıb. 1943-cü ildən etibarən Kirovabad İkiilik Müəllimlər İnstitutunun bazasında tam ali təhsil verən, yüksək ixtisaslı pedaqoji kadrlar hazırlayan dördillik Kirovabad Dövlət Pedaqoji İnstitutu yaradılıb, 1986-cı ildə şəhərə Gəncə adının qaytarılması ilə əlaqədar Kirovabad Dövlət Pedaqoji İnstitutu Gəncə Dövlət Pedaqoji İnstitutu adlandırılıb, 2000-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə institutun profili genişləndirilməklə Gəncə Dövlət Universiteti yaradılıb.

Universitetin sonrakı inkişafı ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdəki digər elm-təhsil müəssisələrinə olduğu kimi, bu universitetə də göstərdiyi diqqət və qayğı ilə bağlı olub. Hazırda universitetdə 8 fakültə, 13 şöbə, 8 mərkəz fəaliyyət göstərir, 6 mindən çox tələbə təhsil alır. Tələbələrin təlim-tərbiyəsi ilə 550 nəfərə qədər professor-müəllim heyəti məşğul olur. Universitet yüksək keyfiyyətli maddi-texniki bazaya malikdir və onun 5 tədris binası, tələbə yataqxanası və 655 min nüsxə kitab fonduna malik kitabxanası var. Bütün tədris binaları əsaslı surətdə təmir olunub və auditoriyalarda keyfiyyətli tədris prosesi üçün lazımi şərait yaradılıb. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün 32 tədris laboratoriyası, 5 ixtisas kabineti, 2 tədris emalatxanası,12 kompüter mərkəzi və geniş auditoriyalar mövcuddur. Hazırda bakalavriat səviyyəsində 40, magistratura səviyyəsində 63 ixtisas üzrə kadr hazırlığı aparılır. 2017-ci ildə müasir idarəetmə sisteminə uyğun olaraq strukturun optimallaşdırılması məqsədilə yeni İnnovasiyalar Departamenti və onun nəzdində 5 şöbə, 8 mərkəz, 6 tədris və 1 elmi-tədqiqat laboratoriyası, həmçinin Əlavə Təhsil fakültəsi yaradılıb.

“Son illər Gəncə Dövlət Universitetinə, onun kollektivinə inamın nəticəsi olaraq tələbə qəbulu planının yerinə yetirilməsi 97 faizə qədər yüksəlib və GDU respublika universitetləri içərisində ilk üçlüyə daxil olub. Həmçinin universiteti seçən yüksək bal toplamış tələbələrin sayında da artım müşahidə olunub. Hazırda 90 nəfərdən çox tələbə “Gələcəyin müəllimi” təqaüdünü alır. Məhz bu göstəricilər universitet üçün son 10 ilin ən yaxşı göstəricisidir və yaradılan işçi qrupun Gəncə şəhəri və ətraf rayonların məktəblərində məqsədyönlü şəkildə apardığı təbliğat işlərinin, tədris üçün yaradılan şəraitin və maddi-texniki bazanın yaxşılaşdırılmasının nəticəsidir”, - deyə rektor qeyd edib.

Professor Yusif Yusibov bildirib ki, universitetin məzunları dövlət qulluğuna aid olan vakansiyaları tutmaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda son illər uğurlu nəticələr qazanıb. Belə ki, GDU Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, UNEC, BDU və ADNSU-dən sonra 5-ci pillədə qərarlaşıb.

Universitetdə aparılan elmi-tədqiqat fəaliyyəti haqqında da məlumat verən Yusif Yusibov beynəlxalq əməkdaşlıq əlaqələrindən də danışıb. Bildirilib ki, ali təhsil ocağının 40-dək xarici və respublikadaxili universitetlərlə, AMEA-nın elmi-tədqiqat institutları ilə qurulmuş əlaqələri beynəlxalq əməkdaşlığa və təhsil mübadilə proqramlarına xidmət edir. Fransa universitetləri ilə ikitərəfli əlaqələr yaradılıb, universitetin 11 tələbəsi Strasburq Universitetində magistr dərəcəsi almağa müvəffəq olub, həmçinin “Fransız dili müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələrin Yekun Dövlət Attestasiyası Strasburq Universitetindən dəvət edilmiş müəllimlər tərəfindən aparılıb. Fransa hökumətinin qərarı ilə fransız dili kafedrasının 3 müəllimi bu dilin təbliğindəki xidmətlərinə görə “Akademik Palma” (Kovaler dərəcəsi) ordeni ilə təltif olunub.

Gəncə Dövlət Universiteti Avropa İttifaqının “Tempus” proqramının “Tempus-CURDEUS”, “Tempus-UNİVİA”, “Tempus-ESFİDİP”, “Erasmus+” proqramının AESOP layihələrində fəal iştirak edib, layihələrin nəticəsi olaraq ali təhsil ocağında Əlil Tələbələr üçün Mərkəz, Avropa Araşdırmaları Mərkəzi, Tələbə Ombudsman Mərkəzi yaradılıb və Tələbə Ombudsmanı təyin edilib. Hazırda GDU İspaniyanın Valensiya Politexnik Universitetinin koordinatoru olduğu “Erasmus+” PETRA layihəsində iştirak edir və bu çərçivədə Müasir Təlim Mərkəzi ilə bərabər E-Öyrənmə Mərkəzi də təşkil olunub. Hazırda universitet Bakı Biznes Universitetinin koordinatoru olduğu “Erasmus+” EQAC layihəsinə tərəfdaş kimi qoşulub. Üç il davam edəcək bu layihənin sonunda Keyfiyyətin Təminatı Mərkəzinin yaradılması nəzərdə tutulur.

Universitetin 80 illik yubileyi münasibətilə ali təhsil müəssisənin kollektivini təbrik edən təhsil naziri Ceyhun Bayramov ölkədə təhsilə göstərilən diqqət və qayğıdan danışıb, ali təhsil ocağının kollektivinə xoş arzularını çatdırıb.

Yubiley tədbirinin əlamətdar bir ildə qeyd edildiyini deyən nazir bildirib ki, 2018-ci il Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib. Hər iki yubiley tədbirinin arasında rəmzi bağlılığın olduğunu deyən Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycanda dövlətçilik ənənələrinin formalaşdırılmasında, xalqımızın ictimai-siyasi və mədəni həyatında çox zəngin irs qoymuş Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyəti dövründə, həmçinin təhsil sahəsində də tarixi qərarlar qəbul edib.

Nazir Ceyhun Bayramov ötən illərdə Prezident İlham Əliyev tərəfindən təhsilin müxtəlif pillələrini əhatə edən istiqamətlər üzrə mühüm dövlət sənədlərinin qəbul edildiyini və layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

Sonra təhsil naziri “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın ölkəmizdə milli təhsilin inkişafı və kadr potensialı ilə təminatında qazandırdığı üstünlüklərdən danışıb, həmçinin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrasının respublikamızda rəqabətqabiliyyətli və dayanıqlı iqtisadi inkişafın təşkili və milli təhsil sisteminin yüksəkixtisaslı kadrlarla təmin edilməsi istiqamətində verəcəyi töhfələrdən söz açıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək GDU-nun 80 illik yubileyi münasibətilə kollektivə xoş arzularını çatdırıb. Bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Gəncə Dövlət Universitetinin istifadəyə verilən yeni tədris korpusu dövlətimizin başçısının təhsilin inkişafına göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir.

“Burada yaradılan şərait təhsilin səviyyəsinin müasir Avropa standartlarına uyğunlaşdırıldığını göstərir. Fərəhli haldır ki, GDU-da təhsilin inkişafı onun reytinqini daha da artırıb. Yalnız respublikanın qərb bölgəsindən deyil, müxtəlif rayonlardan olan yüksək bal qazanmış abituriyentlərin də Gəncə Dövlət Universitetini seçməsi diqqətəlayiqdir. Əsas məqsəd gələcəyin vətənpərvər, ziyalı vətəndaşını, yüksək səviyyəli mütəxəssisini hazırlamaqdır. Odur ki, bu məqsədə çatmaq üçün professor-müəllim heyətinin üzərinə böyük vəzifələr düşür. Ümidvarıq ki, kollektiv bu işin öhdəsindən layiqincə gələ biləcək”, - deyə Niyazi Bayramov qeyd edib.

Sonra Prezident İlham Əliyevin 2018-ci il 31 oktyabr tarixli sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə Gəncə Dövlət Universitetinin fəxri adlarla və “Tərəqqi” medalı ilə təltif olunan 23 əməkdaşına dövlət mükafatları təqdim olunub.

Gəncə Dövlət Universitetinin 80 illik yubileyi təntənə ilə qeyd edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO