Gəncədə Aşura günü ilə əlaqədar qanvermə aksiyası təşkil olunub
Gəncə, 25 iyun, AZƏRTAC
Aşura günü ilə əlaqədar Gəncədə yerləşən "İmamzadə” dini ziyarətgah kompleksində könüllü qanvermə aksiyası keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarından başlayan aksiya zamanı donorların sağlamlıq vəziyyəti həkim-hematoloqlar tərəfindən yoxlanılır və tibbi müayinədən keçən şəxslərdən qan götürülür.
Qanvermə aksiyası gün ərzində davam edəcək. Həmçinin qan vermək istəyən vətəndaşlar növbəti 40 gün ərzində Respublika Qan Bankının Gəncə bölməsinə müraciət edə bilərlər.
Toplanan qan ehtiyatından talassemiya, hemofiliya və digər xəstəliklərdən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunacaq.