CƏMİYYƏT
Gəncədə vətəndaşların müraciətləri dinlənilib
![](/files/galleryphoto/2024/1/1200x630/17104256884994151806_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17104256884185716880_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17104256881113540636_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17104256881741164474_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17104256884511954966_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17104256884259415800_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17104256882587937428_1200x630.jpg)
Bakı, 14 mart, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini müvəqqəti icra edən Səyyad Salahlı martın 14-də Gəncə şəhər Heydər Əliyev Mərkəzində vətəndaşların müraciətlərini dinləyib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdən əvvəl Səyyad Salahlı və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Ümummilli Lider Heydər Əliyevin şəhərdə ucaldılan abidəsini ziyarət edib, önünə çiçəklər qoyaraq xatirəsini ehtiramla anıblar.
Görüşdə vətəndaşların İslam dininə aid ibadət yerlərinə din xadiminin təyinatı, dini maarifləndirmə işinin genişləndirilməsi, dini icmaların fəaliyyəti və digər məzmunlu müraciətləri dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbəri Həsən Məmmədovun iştirakı ilə keçirilmiş qəbulda Gəncə şəhərindən, Daşkəsən, Göygöl, Samux və Goranboy rayonlarından olan vətəndaşlar iştirak ediblər.