GƏNCƏDƏ XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
Gəncə, 24 fevral (AZƏRTAC). Gəncədəki mərkəzi kitabxanada Xocalı faciəsinin ildönümünə həsr olunmuş “Bir gecənin qanla yazılmış tarixi” adı altında anım mərasimi keçirilmişdir.
Mərasim iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra Gəncə Şəhər Şəhid Ailələri və Qarabağ Müharibəsi Veteranları İctimai Birliyinin sədri Almaz Aşurov məruzə ilə çıxış edərək faciənin yaranma səbəblərindən, eləcə də həmin dövrdə ölkəyə rəhbərlik edənlərin xəyanətkar əməllərindən danışmışdır.
Mərasimdə çıxış edən digər natiqlər o müdhiş gecədə ermənilərin keçmiş sovet ordusunun Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayı ilə birləşərək xocalılıların başına gətirdikləri müsibətləri diqqətə çatdırmışlar. Qanlı faciənin yalnız ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, 1994-cü ilin martında imzaladığı Fərmanla öz həqiqi qiymətini aldığı qeyd edilmişdir.
Mərasim məktəblilərin ifasında göstərilən ədəbi-bədii kompozisiya ilə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]