GƏNCLƏR GÜNÜNƏ HƏSR EDİLMİŞ TELELAYİHƏ HƏYATA KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, 2 fevral - Gənclər günü münasibətilə yanvarın 28-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ilə birgə telelayihə həyata keçirmişdir.
Tədbirdə cıxış edən BŞGİBİ-nin rəisi Raqif Abbasov bildirmişdir ki, Gənclər gününü bizə ümummilli liderimiz Heydər Əliyev bəxş etmişdir.
Natiq demişdir ki, xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra, dahi öndərimiz dövlətin gənclər siyasətinə böyük diqqət ayırmışdır. Məhz bu diqqət sayəsində1994-cü ildə isə Gənclər və İdman Nazirliyi yaradılmış, respublika gənclərinin forumları keçirilmişdir.
R.Abbasov vurğulamışdır ki, 2007-ci ilin Prezident İlham Əliyev tərəfindən “Gənclər ili” elan olunması Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğının bariz nümunəsi idi. Bu il ərzində rəhbərlik etdiyi qurum tərəfindən çoxlu sayda müxtəlif tədbirlərin keçirildiyini diqqətə çatdıran natiq bu istiqamətdə işlərin cari ildə də davam etdiriləcəyini vurğulamışdır.
Yеni Аzərbаycаn Pаrtiyаsının gənclər birliyinin sədri Rаmil Həsənоv Azərbaycanda Gənclər gününün 1997-ci ildən qеyd olunduğunu diqqətə çatdıraraq demişdir ki, bu bаyrаmın tarixi ümummilli lidеrimiz Hеydər Əliyеvin аdı ilə bаğlıdır. Dahi rəhbərimiz hər zaman gənclərə diqqət və qayğı ilə yanaşmışdır və bu doğma münasibət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.
Tədbirdə 2007-ci ildə BŞGİBİ-nin tədbirlərində fəal iştirak etmiş 5 tələbəyə qurumun fəxri fərmanları təqdim edilmişdir.
Telelayihə gənc ifaçıların geniş konsert proqramı ilə davam etdirilmişdir.