GƏNCLƏR HEYDƏR ƏLİYEV SİYASƏTİNƏ SADİQDİRLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, xalqımızın ümummilli lideri, görkəmli siyasi xadim, gənclər gününün təsisçisi Prezident Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Toplantıda qurucusu və memarı Heydər Əliyev olan müstəqil respublikamızda gəncliyin inkişafı üçün hər cür şərait yaradıldığından, gənclərə xüsusi diqqət və qayğı göstərildiyindən, Qəbələ gənclərinin ölkəmizin ictimai-siyasi həyatında baş verən yeniləşmə prosesində fəal iştirakından danışılmış, onların ərazi bütövlüyümüz uğrunda mübarizəyə daim hazır olduqları vurğulanmışdır.
Sonda ilin yekunlarına görə fəal gənclərə, idmançılara, gənclərin tərbiyəsi ilə məşğul olan müəllimlərə mükafat və diplomlar təqdim olunmuş, Azərbaycan Prezidentinə müraciət qəbul edilmişdir.